Qırğızıstan xüsusi təyinatlıları Tacikistanın sərhəd zastavasını tutublar
Qırğızıstan sərhədçiləri xüsusi təyinatlı dəstələrin Tacikistanın sərhəd zastavasını tutduğunu bildiriblər. Zastavanın binasına od vurulub.
Xarici KİV-lər xəbər verir ki, iki respublikanın sərhədində başlayan atışma nəticəsində azı bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Sərhəd zonasında dünən gündüz saatlarında qızışan münaqişədə hər iki tərəfdən 150-yə yaxın yerli sakin iştirak edib. İki ölkənin hakimiyyət orqanları məsuliyyəti bir-birinin üzərinə qoyur.
Bişkekdən verilən məlumatda bildirilir ki, münaqişəyə tacik tərəfinin elektrik dirəklərinə videomüşahidə kameraları quraşdırmaq cəhdi səbəb olub. Qırğızıstan vətəndaşları buna qarşı çıxıb və dirəkləri mişarla kəsmək istəyiblər. Sonra sakinlər bir-birilərini daşa basıblar. Gecə qarşıdurma kəskinləşib və tərəflər odlu silaha əl atıb.//Azertac