Formula 1 pilotları bu gün Bakıda Qran Pri uğrunda yarışacaqlar

2022-ci il Formula 1 Azərbaycan Qran Prisi davam edir.

Bu gün yarışın əsas mərhələsi baş tutacaq.

Belə ki , yarışın 3-cü günündə saat 15:00-17:00-da F1 pilotlarının Qran Pri uğrunda mübarizəsi baş tutacaq.

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.