Bakıda Formula 2 üzrə əsas yarışda iki bolid sıradan çıxdı

Bakıda keçirilən 2022 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə əsas yarışda iki bolid sıradan çıxıb.
İki bolid bir-birinə çırpılıb.
Belə ki, "Campos Racing" komandasından Olli Kalduell "Van Amersfoort Racing"in sürücüsü Amauri Kordellə toqquşub. Hər iki pilot mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün Bakıda Formula 2 üzrə əsas yarılar keçirilir.
29 dövrənin yekununda qalib bəlli olacaq.//Trend