Əsrlər boyu qan tökən fransızların qəddar davası- ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Fransa Milli Assambleyası Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil edərək noyabrın 30-da beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan məkrli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul edib.

Cənubi Qafqazda tarazlığı dəyişən Azərbaycanı ittiham edən Fransa kütləvi qətliamlarla dolu arxivi ilə yenidən gündəmə gəlmək istəyib. Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız şəkildə ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə vəhşiliklərlə zəngindir. Yüz ildən artıqdır afrikalılara, sözün həqiqi mənasında, qan qusduran, sərvətlərini istismar edən fransızlar dünyanın müxtəlif bölgələrində 50-dən çox dövlətin ərazisini işğalda, xalqlarını uzun illər əsarətdə saxlayıb. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib və açıq şəkildə qul ticarəti ilə məşğul olub.

Yerveinsan.az AZƏRTAC-a istinadla Fransanın siyasi tarixində silinməsi mümkün olmayan bəzi ləkələrin - soyqırımı cinayətlərinin siyahısını təqdim edir.

Vande qırğını - Fransa İnqilabından dərhal sonra ölkənin qərb hissəsindəki Vande bölgəsində üsyan edən katolik xristianların qətliamı nəticəsində 600 min katolik öldürülüb.

Vyetnam - 1872-1954-cü illər arasında bu ölkədə 500 mindən çox vyetnamlı qətlə yetirilib.

Əlcəzair soyqırımı - Fransa işğal zamanı 1 milyon 500 min əlcəzairlini amansızlıqla öldürüb.

Ruanda - Fransızlar 1994-cü ildə 800 min insanın ölümü ilə nəticələnən qırğına görə məsuliyyət daşıyırlar.

Afrikanın digər ölkələri - Qabon, Seneqal, Benin, Tunis, Qvineya, Burkina-Faso, Çad, Kamerun və Cibutidə fransızlar insanları öldürməklə kifayətlənməyərək, həmçinin sağ qalanları iman gətirməyə məcbur ediblər. Ötən əsrdə əhalisi əsasən İslama sitayiş edən bu ölkələrdə insanlara zorla xristianlığı qəbul etdiriblər.

Bütün bunlar və adlarını çəkmədiyimiz neçə-neçə digər silinməz faktlar deməyə əsas verir ki, Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir.