Avropa parlamentinin tarixində irimiqyaslı korrupsiya faktı aşkarlanıb

Avropa Parlamentində (AP) bu günə kimi misli görünməmiş korrupsiya qalmaqalı baş verib. Həbs olunanlar ifadə verməyə başlayıblar.

Yerveinsan.az AZƏRTAC-a istinadla xəbər verir ki, AP-nin sədr müavini xanım Yeva Kayl ilə yanaşı bir sıra deputatlar da həbs olunub. AP-nin vitse-spikeri mütəşəkkil cinayətkar dəstə yaratmaqda, rüşvət və korrupsiyada ittiham olunub.

Belçika məhkəməsi AP-nin keçmiş deputatı Pyer-Antonio Pantseri (İtaliya), Luka Vizantini (İtaliya) və digər məmurlar barəsində həbs qəti imkan tədbiri seçib. Pyer-Antonio Pantserin həyat yoldaşı və qızı da həbs edilib. Hüquq-mühafizə orqanlarının Yeva Kaylın evində apardığı axtarış zamanı külli miqdarda pul aşkarlanıb.

Belçikanın Federal Prokurorluğu bildirib ki, AP-də strateji vəzifə tutanlar pul və qiymətli hədiyyələr alaraq qərarlar veriblər.

Nəzərə çatdıraq ki, bu fakt AP-də ilk korrupsiya qalmaqalı deyil, lakin miqyasına görə daha böyükdür.