Hakan Fidan ilə Antoni Blinken arasında telefon danışığı olub
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata əsasən, danışıq qarşı tərəfin təklifi əsasında baş tutub.
Telefon danışığı zamanı İsrail-Fələstin qarşıdurması, bölgədə yaranan humanitar böhran və təhlükəsizlik məsələləri müzakirə edilib.