İsrail hava məkanını açıb

İsrail hakimiyyəti hücum təhlükəsi ilə bağlı bağlanan ölkənin hava məkanını açıb.

Bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.

“Təhlükəsizlik xidmətlərinin göstərişinə uyğun olaraq, yerli vaxtla səhər saat 07:30-a İsrail Dövlətinin hava məkanı açılıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib”, - deyə məlumatda qeyd edilib.