Türkiyədə zəlzələ baş verib

Egey dənizinin Türkiyə hissəsində 4,5 maqnitudada zəlzələ olub.

Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Çanaqqala vilayətinin Gökçeada rayonu sahillərindən 246 km aralıda yerləşib. Zəlzələnin ocağı 5,68 kilometr dərinlikdə qeydə alınıb.