Bosfor boğazında gəmilərin hərəkəti bir istiqamətdə bərpa olunub
Bosfor boğazında gəmilərin hərəkəti cənubdan şimal istiqamətinə bərpa edilib.
Yerveinsan.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Sahil Təhlükəsizliyi İdarəsindən bildirilib.
Qeyd edək ki, güclü duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə bağlanmışdı.