NATO Türkiyəyə dəstək üçün qüvvələrini səfərbər edir

NATO ölkələri Türkiyəyə dəstək üçün qüvvələrini səfərbər edirlər.

 Anadolu agentliyi xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq tviter səhifəsində yazıb.

“Müttəfiqimiz Türkiyənin yanındayıq. Prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğlu ilə əlaqə saxlayıram. NATO Türkiyəyə dəstək üçün hazırda qüvvələrini səfərbər edir”, – deyə Stoltenberq bildirib.