VAHİMƏ DOĞURAN VƏ GÖZLƏNİLMƏZ HADİSƏLƏR – TAYFUNLAR VƏ YAXUD TROPİK TSİKLONLAR

Zəki Vəliyev
AMEA Geologiya və Geofizika İnstitutunun “Petrologiya və metallogeniya” seksiyasının aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent

Nazim Əliyev
AMEA Geologiya və Geofizika İnstitutunun
“Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası” şöbəsinin elmi əməkdaşı, magistr

 

Bizim planetdəki ən təhlükəli təbiət hadisələrindən biri tayfunlar və ya tropik tsiklonlardır. Onlar ən nəhəng dağıdıcı qüvvəyə malikdir. Ölçüsünə görə orta tropik tsiklonun kinetik enerjisi təxminən min atom bombasının gücünə bərabərdir.
Tayfunlar digərlərinə nisbətən nadir hadisələrdəndir. Onların meydana gəlməsi üçün atmosfer və onun örtdüyü səthdə qəti müəyyənləşmiş şəraitlərin mövcudluğu vacibdir. Tayfunların və tufanların enerji mənbəyi, şübhəsiz, okeandır. Məsələn, qeyd edilmişdir ki, tropik tsiklonlar temperaturu 26 °C - dən yuxarı olan okean səthi üzərində yaranır və inkişaf edir. O, nisbətən soyuq səthə düşərkən sürətlə zəifləyir. Bundan başqa tez-tez tropik tayfunlar okean sularının maksimal isti dövründə - yayın sonu – payızın başlanğıcında qeyd olunur. Nəhayət, güclü tropik tayfunların əmələ gəlməsi üçün həmçinin mülayim hava və intensiv konveksiyanın inkişafı labüddür.
Meteoroqlar bunu onunla izah edirlər ki, tropik tayfun təlatümə gəlmiş okean səthindən havaya saysız-hesabsız miqdarda su zərrəcikləri püskürən nəhəng enerji alır. Bütün bunlar qızmış və mülayim havanın yeni-yeni həcmləri ilə böyüyən hava təbəqəsinin şaquli istiqamətdə qalxmasına səbəb olur. Yerin fırlanması havanın burulğan hərəkətinə gətirib çıxarır.
Tropik tsiklonun mərkəzində ən kiçik atmosfer təzyiqi olduğundan havanın hərəkəti kənarlardan ortaya doğru istiqamətlənir. Tsiklonlardakı küləklərin istiqaməti Yerin Şimal və Cənub yarımkürələrində fərqlənir. Şimal yarımkürəsində onlar spiral üzrə saat əqrəbinə əks, Cənub yarımkürəsində isə əksinə onun istiqamətində əsirlər. Tipik tropik tsiklonda maksimal küləklər zonası mərkəzdən 20-50 km uzaqlıqda müşahidə olunur. Kosmik fəzadan çəkilmiş fotolarda bu çox aydın görünür.
Meteoroloqlar küləyin sürətindən asılı olaraq, bütün tropik tsiklonları dörd tipə ayırırlar: küləyin sürəti 32m/san-dən artıq olarkən kiçik skoylara – tayfuna (fırtına) malik tropik tərəddüdləri; hələlik tayfunda küləyin maksimal sürətinin neçə olduğunu təyin etmək alimlərə məlum deyil. Lakin müəyyən məlumatlar vardır ki, onun sürəti 110km/san ola bilər.
Fırtına gücünə çatmış havasının temperaturu mərkəzdən 150 km uzaqlıqda 5 və hətta 15o C-dən yuxarı olan tsiklonlar olduqca isti suya malik olurlar. İntensiv tropik tsiklonlar müxtəlif regionlarda fərqli, özünəməxsus adlandırılırlar: Cənubi-Şərqi və Şərqi Asiyada onları tayfun (çincə - “tay” – “külək”, “fun” – “böyük”), Atlantikanın şimal hissəsində fırtınalar (fr. ouraqan), Avstraliyada onlar “Billi-Billi”, Filipinlərdə “bagio”. Əvvəllər tropik tsiklonlara müstəsna olaraq qadın adları verirdilər, 1977-ci ildə BMT (Beynəlxalq Meteoroloji Təşkilat)ın sessiyası tropik tsiklonlara həmçinin kişi adlarının verilməsi haqqında qərar qəbul etdi.
“Tayfun” sözünün mahiyyəti haqqında daha bir maraqlı versiya mövcuddur. Yunan mifologiyasında Yerin dağıdıcı qüvvələri ilə bağlı Tifon allahı vardır. Tifon (yunanca “tüstülənir”) – Yer allahı Gey və Tartarın oğlu - yüzbaşlı əjdaha olmuşdur. Tayfunun içərisində güclü buludluluq müşahidə edilir, belə ki, lap mərkəzdə buludsuz məkan vardır ki, o “fırtınanın gözü” adını almışdır. Bu qəribə hadisə kosmik şəkillərdə aydın görünür. “Gözün” daxilində bir qayda olaraq, səma aydınlaşır və sakitlik hökm sürür, orada isti və quraqdır. “Fırtınanın gözü”nün forması müxtəlifdir, bəzən hətta iki göz müşahidə olunur. “Fırtınanın gözü”nün orta diametri tsiklonlarda 10-25 km, dağıdıcılarda isə 60-70 km-ə çatır. Bu gözü ildırımlı yağış və tufan küləklərinə malik, topalı-yağış buludlarının divarı əhatə edir. Çox vaxt yaxşı inkişaf etmiş tsiklonda belə buludların uzunluğu 50-400 km olan bir neçə zolağı yaranır. Buludlar nəhəng miqdarda yağıntı gətirir: tropik tsiklonun keçdiyi zaman orta hesabla 500 mm yağış yağır. Qeyd edək ki, təxminən bu miqdarda yağıntı Moskva üçün səciyyəvi olan orta illik normaya uyğundur.
Tayfunların əmələ gəlməsinin əsas arealı 10 və 200 en dairələri arasındakı zolaqda, olduqca nadir hallarda ekvatorial dairələrdə baş verir. Tropik tsiklonlar heç vaxt yuxarı en dairələrində qeyd olunmurlar, 350 ş. e. d. və 220 c. e. d. –də heç zaman olmurlar. Mülayim dairələrə doğru irəliləyərkən onlar tədricən öz xüsusiyyətlərini itirir. Əksəriyyət tropik tsiklonlar Sakit okeanda, tropik qurşağın şimal yarısında meydana gəlirlər. Burada ildə orta hesabla 30 tsiklon baş verir. Əksəriyyət tayfunların “vətəni” Filippin adalarından şərqdə yerləşir. Burada yaranmış tayfunlar şimal və şimali-şərqə yönəlir, Şərqi-Çin dənizini keçir və Yaponiya və Primoryeyə hücüm edir. Əgər onlar qərbə hərəkət edərsə, onda əsas zərbələri Hind-Çin yarımadası və Cənubi-Çinə dəyir.

Sonuncu tayfunlardan birinin nəticəsi belə olmuşdur: 2006-cı ilin dekabrında Filippin və Vyetnama 800 nəfər adamın həyatına son qoymuş “Durian” tayfunu “hücum” etmişdir. Bu təbii kataklizm son 100 ilin ən dəhşətlisi idi. Fəlakətin əsas zərbəsi Maniladan cənubi-şərqə doğru 350 km-də yerləşən Mayon vulkanının ətəyindəki onlarla kəndə dəymişdir. Fırtınalı küləyin sürəti 70 m/san. (250 km/s), tropik leysan isə vulkanik çöküntülərdən ibarət nəhəng massivin sürüşməsinə gətirib çıxarıb. Filippinin səkkiz əyalətində 28 min ev tamamilə yerlə-yeksan olmuşdur. Maddi ziyan 20 milyon dolları ötmüşdür.
Hər il dünyamızda orta hesabla 20-25, bəzən 45-ə qədər tropik tsiklon baş verir ki, onları ölçüləri və intensivliyinə görə tayfun və yaxud fırtınaya aid etmək olar. Onlar bir neçə gündən həftələrə qədər davam edə bilərlər. Tayfunların dağıdıcı nəticələri küləklər, tufanın qovduğu sular və intensiv leysanların yaratdığı sellər və sürüşmələrə səbəb olur.
Hind okeanında tsiklonlar Banqladeş körfəzi və Ərəbistan dənizində meydana gəlir. Onlar burada iki mövsümdə: aprel – mayda və oktyabr-noyabrda formalaşırlar. Tsiklonlar üçün ən zəif rayonlar – Banqladeş və Şərqi Hindistanın delta düzənlikləridir ki, burada tayfunlar dəhşətli sellərlə müşayiət olunurlar. Belə ki, 1991-ci ildə Banqladeşdə nəhəng fırtına dalğasını yaratmış tsiklon 138 min insanın məhvinə səbəb oldu. 1999-cu ildə güclü tayfun Hindistanın Prissa ştatının sahilinə hücüm etdi.
Dənizətrafı rayonlarda insan arzu etmədiyi, lakin özünün fəaliyyəti nəticəsində tayfunların dağıdıcı gücünün artmasına səbəb olur. Son onilliklər ərzində bir çox ölkələrdə sahilyanı sahələrdə suyun fırtına hücumları və tufanların yolunda qoruyucu bufer funksiyalarını yerinə yetirən manqra meşələri və korral rifləri məhv edilmişdir. Onların yerində balıq, krevet, molyuska yetişdirən akvakultur firmaları peyda olmuşdur. Sahillərdə qəsəbələr, kənd təsərrüfatı sahələri və plantasiyalar salınmışdır.
Fırtına güclü tropik tsiklonlar Sakit okean regionunun kiçik ada dövlətləri, Karib hövzəsi, Hind okeanındakı ərazilər üçün xüsusilə təhlükəlidir. Ada ərazilərinin əksəriyyəti olduqca aşağı hipsometrik səviyyəyə malik olduğudan istənilən tayfun, bir qayda olaraq, əhalinin və əsas təsərrüfat obyektlərinin cəmləşdiyi sahillərin su altında qalmasına səbəb olur.
Şübhəsiz, iqlimin qlobal dəyişməsi şəraitində ekstremal tropik tsiklonların başvermə tezliyi yüksələcəkdir. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, qlobal istiləşmə tropik tsiklonların mərkəzi hissəsində maksimal sürətlərin yüksəlməsinə və atmosfer təzyiqinin azalmasına gətirib çıxarar ki, bu da onların dağıdıcı gücünü artırar.
Tropik tsikllər xüsusən, Cənubi-Şərqi Asiya, Karib hövzəsi, Afrika, Avstraliya və Okeaniya ölkələrinə dağıdıcı təsir edirlər. ABŞ-ın cənub və cənubi-şərq sahilləri bu hadisələrdən böyük ziyanlar görür. Dünyada ən çox maddi ziyan məhz bu inkişaf etmiş iqtisadiyyat və infrastruktur cəhətcə seçilən rayonlara fırtınalardan vurulur. İqtisadçıların hesablamalarına görə fırtınalardan orta illik ziyanın miqdarı ABŞ-da 5 milyard dollara çatır. İnsan tələfatına isə sahilyanı əraziləri həddən-ziyada sıx yaşayış məskəni olan Cənubi-Şərqi Asiya liderlik edir.