“KamAZ” markalı yük avtomobili qarşıdan gələn TIR-la toqquşub

Şabran rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

Hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. “KamAZ” markalı yük avtomobili qarşıdan gələn TIR-la toqquşub. İlkin məlumata görə, hər iki avtomobilin sürücüsü ölüb. “KamAZ”da olan sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.