Müdafiə Nazirliyi həlak olan hərbçi ilə bağlı məlumat yaydı

Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir:

"Müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Vəziyyəti stabildir. Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmayıb".