Şiddətli külək nəticəsində Bakı şəhərində 41 ağac sınıb

Dünəndən əsən şiddətli külək nəticəsində Bakı şəhərində 41 ağac, 64 ağac budağı sınıb.

Yaşıllaşdırma Təsərrüfat Birliyindən  verilən xəbərə görə, birliyin briqadaları səhərə qədər operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər.