Azərbaycan cüdoçuları Avropa kuboku turnirini altı medalla başa vurublar

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku turnirində cüdoçularımız 1 gümüş və 5 bürünc medala sahib olublar.

Yerveinsan.az Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, turnirin ilk günü beş çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Oğlanların yarışında Aydın Rzayev (66 kq) bürünc medal əldə edib. Qadir Hüseynov gümüş, Süleyman Əliyev (hər ikisi 73 kq) bürünc mükafat qazanıblar. Qızların yarışında Nərmin Əmirli (78 kq) bürünc medala layiq görülüb.

Yarışın ikinci günündə oğlanların mübarizəsində İsmayıl Zamanov (90 kq) və Kənan Nəsibov (+100 kq) üçüncü olublar.