Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılıb

Azərbaycanın idman gimnastı Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılıb.

Yerveinsan.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz 2023-cü ildə iştirak etdiyi dörd dünya kuboku yarışlarında topladığı ən yüksək üç nəticənin cəminə əsasən, FIG kubokuna layiq görülüb.

Misirin paytaxtı Qahirədə keçirilən dünya kubokunun dördüncü mərhələ yarışında mübarizə aparan gimnastımız halqalar ilə hərəkətlərin icrasında qızıl medala sahib.