Sergey Sobyanin şəhərdə antiterror tədbirlərinin görüldüyünü açıqlayıb
Moskva meri Sergey Sobyanin şəhərdə antiterror tədbirlərinin görüldüyünü, yollara nəzarətin artırıldığını açıqlayıb.
Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, antiterror tədbirləri təhlükəsizliyin gücləndirilməsinə yönəlib.
“Daxil olan məlumatlarla əlaqədar Moskvada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir. Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsini məhdudlaşdırmaq mümkündür. Görülən tədbirlərə anlayışla yanaşın.” - o, “Telegram” kanalında yazıb.