KXDR lideri Kim Çen Inın Rusiyaya səfəri başlayıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı aparan qatar Rusiyaya çatıb.

 Yonhap agentliyi xəbər verir ki, bu barədə Cənubi Koreyanın hərbi qurumları açıqlama yayıb. Bu, Kim Çen Inın COVID-19 virusu yayılmağa başlayandan sonra xaricə ilk səfəridir.