Azərbaycan millisinin keçirəcəyi oyunların stadionu dəyişdirilib
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Bakıda Şimali İrlandiya və Lüksemburq yığma komandalarına qarşı keçirəcəyi oyunların stadionu dəyişdirilib.
Yerveinsan.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əvvəldən nəzərdə tutulduğu kimi, görüşlər “Dalğa Arena”da deyil, “Azersun Arena”da keçiriləcək.
Qeyd edək ki, yığma komanda oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq millisi ilə qarşılaşacaq. Oyunlar saat 18:00-da başlayacaq.