Azərbaycan parataekvondoçuları Prezident Kubokunda iştirak edəcəklər

Azərbaycan parataekvondoçuları İranın paytaxtı Tehranda keçiriləcək Dünya Taekvondosunun Prezidentinin Kubokunda iştirak edəcəklər.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, turnirdə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram), Əbülfəz Abuzərli (80 kiloqram) və Şahmar Quliyev (+80 kiloqram) mübarizə aparacaqlar.

Yığma üzvlərinin hər biri K-44 kateqoriyasında qüvvələrini sınayacaqlar.

Yarışa fevralın 20-də start veriləcək.