Məhəmməd Möhbər İranın prezidenti səlahiyətlərini icra edəcək
İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilərə qədər İran Prezidenti vəzifəsini icra edəcək.
Bu barədə IRIB telekanalı məlumat yayıb.
Məlumata görə, Məhəmməd Möhbər yeni prezident seçkilərinə qədər, yəni 50 gün ərzində prezident vəzifəsini icra edəcək.
Hökumətin fasiləsiz fəaliyyət göstərəcəyi bildirilir.