Azərbaycan boksçuları Astanadakı turniri 2 medalla başa vurublar
Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilmiş “Elorda Cup” beynəlxalq turnirini 2 medalla başa vurublar.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmanın heyətində Murad Allahverdiyev (86 kiloqram) finala kimi irəliləyib. Lakin həlledici görüşdə məğlub olan “Paris-2024” Yay Olimpiya Oyunlarının lisenziyaçısı gümüş medal qazanıb.
Digər olimpiyaçı Məhəmməd Abdullayev (+92 kiloqram) də “Elorda Cup”da mükafatçılar sırasında yer alıb. O, turniri bürünc medalla bitirib.