İranda növbədənkənar prezident seçkiləri başlayıb
Bu gün (28 iyun) yerli vaxtla saat 08:00-da İranda növbədənkənar prezident seçkiləri başlayıb.
14-cü çağırış prezident seçkilərində 61 452 321 seçici səsvermə hüququna malikdir.
Prezident seçkilərində 4 namizəd - Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf rəqabət aparacaq.