Ermənistan Hindistandan ən çox silah alan ölkələrdən biridir

Ermənistan Hindistandan ən çox silah alan ölkələrdən biridir.

Bu barədə Hindistanın IADN agentliyi Müdafiə Nazirliyinin statistikasına istinadən məlumat yayıb.

Məlumata görə, 2024-2025-ci illərdə Ermənistanın Hindistandan alacağı silahların ümumi dəyəri 600 milyon dollar təşkil edəcək.

Qeyd edək ki, 2021-ci ildən Ermənistan Hindistandan raketlər, artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri və digər növ silahlar alır.//Azərtac