Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, İraqın Qara, Qəndil və Asos bölgələrində keçirilən əməliyyat zamanı terrorçulara məxsus 25 hədəf məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib.