Azərbaycan cüdoçusu Paris olimpiadasının finalında

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Rəqibinə vaza-ari ilə qalib gələn cüdoçumuz finala vəsiqə qazanıb. O, həlledici qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gələcək.

Qeyd edək ki, bununla da Azərbaycan Paris olimpiadasında ikinci medalı təmin edib. Çünki Zelim Kotsoyev ən pis halda gümüş mükafat qazanacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.