Ankarada yol qəzası olub, 9 nəfər ölüb, 26-sı yaralanıb

Türkiyənin paytaxtı Ankarada yol qəzası olub, 9 nəfər ölüb, 26-sı yaralanıb.

“TRT Haber” xəbər verir ki, paytaxtın Polatlı rayonunda sərnişin avtobusu körpünün dirəyinə çırpılıb.

Qəzaya sürücünün sükan arxasında yuxulaması və əyləc sisteminin işləməməsinin səbəb olduğu ehtimal edilir.