Ötən gün aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 8 tüfəng, 1 patron darağı və 29 patron avqustun 10-da və 11-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkar edilərək götürülüb.