Dünyada ən çox qızıl ehtiyatına malik ölkələr məlum olub

Beynəlxalq Qızıl Şurası dünya ölkələrinin qızıl ehtiyatları barədə məlumatları yeniləyib.

Qızıl ehtiyatlarına görə liderlik edən ölkələrin rezervləri son bir ildə ciddi dəyişikliyə uğramayıb. Banklardakı qızıl ehtiyatının həcminə görə ilk yerdə 8 133 tonla ABŞ gəlir.

Növbəti pillədə qərarlaşan Almaniyanın ehtiyatları 3 352 tondur. Bundan başqa, üçüncü yerdə İtaliya (2 452 ton), dördüncü yerdə Fransa (2437 ton), beşinci yerdə isə Rusiya (2 336 ton) dayanır.

Asiya nəhəngi Çin isə 2 264 ton ehtiyatla altıncıdır. Ölkə ehtiyatlarını il ərzində 2 ton artırıb.//Azərtac