Pakistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin prioritet istiqamətləri müzakirə olunub

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən  bildirilib ki, qəbul zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlığının müxtəlif istiqamətlər üzrə intensiv inkişaf etdiyi və iqtisadi əməkdaşlığa mühüm töhfələr verdiyi vurğulanıb.

Qeyd edilib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, imzalanan sənədlər hər iki ölkə üçün faydalı işbirliyi baxımından mühüm önəm kəsb edir. Bununla yanaşı, investisiya üzrə birgə fəaliyyət, eləcə də digər iqtisadi istiqamətlər üzrə əməkdaşlıq üçün geniş potensial var.

Tərəflər ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikir mübadiləsi aparıblar.