Təhsil sektoruna dövlət büdcəsindən 5 milyard 16,4 milyon manat vəsait ayrılacaq
Təhsil sektoruna dövlət büdcəsindən 5 milyard 16,4 milyon manat vəsait ayrılacaq.
Yerveinsan.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, 2025-ci illə müqayisədə 79,1 milyon manat və ya 1,6 faiz çoxdur. Təhsil xərclərinin ÜDM-də payı 3,7 faiz, dövlət büdcəsi xərclərinin tərkibində payı isə 12 faiz təşkil edəcək.
Bu sahə üzrə xərclərin bölgüsü aşağıdakı kimidir:
• Ümumi təhsil xərcləri – 2 milyard 414,8 milyon manat;
• Ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi - 801,5 milyon manat;
• Məktəbəqədər təhsil xərcləri – 468,2 milyon manat;
• Orta ixtisas təhsili xərcləri - 94,2 milyon manat;
• Peşə təhsili xərcləri - 105,5 milyon manat;
• Əlavə təhsil və tətbiqi tədqiqatlar - 28,2 milyon manat;
• Təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər – 1 milyard 104,1 milyon manat.

