Bağdadi insanlığın, İslam dininin və Türkiyənin ən qatı düşmənlərindən biri olub

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadi insanlığın, İslam dininin və Türkiyənin ən qatı düşmənlərindən biri olub.

Bu fikir əl-Bağdadinin öldürülməsi ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) AZƏRTAC-a daxil olan məlumatda ifadə olunub.

Məlumatda qeyd olunur ki, Türkiyə tərəfi beynəlxalq hərbi koalisiyanın ən fəal üzü kimi İŞİD və bu terror təşkilatını quran və idarə edən şəxslərə qarşı üz-üzə mübarizə aparıb. Türkiyə tərəfi İŞİD, eləcə də PKK/PYD terror qruplaşmaları ilə bundan sonra da qətiyyətli mübarizəni davam etdirəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında İŞİD terror qruplaşmasının rəhbərinin Suriyada keçirilən hərbi əməliyyat nəticəsində öldürüldüyünü bəyan edib.