Vaşinqtonda Donald Tramp və Sergey Lavrov arasında görüş olub

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

 ABŞ dövlət başçısı ilə Rusiyanın xarici siyasət rəhbəri arasındakı görüş 45-50 dəqiqə davam edib. Tərəflərin hansı məsələləri müzakirə etmələri barədə məlumat verilmir.

Rusiya XİN rəhbəri ABŞ prezidenti ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırmayıb.