2019-cu ildə hadisələrin gedişini dəyişdirən dörd qadın siyasətçi

Qadınlar yalnız şirin çıxışları ilə ürəkləri qazanmır, həm də tarixin gedişatını dəyişdirən hadisələrə təsir göstərirlər. Əsas silahları olan insan duyğularının manipulyasiyasından münaqişə vəziyyətlərini həll etmək üçün istifadə edirlər.

“Al-Jazeera” 2019-cu ildə baş verən hadisələrdə mühüm rol oynayan qadın siyasətçiləri təqdim edib.

Nensi Pelosi

Nensi Pelosi “Forbes” jurnalına görə “Dünyanın 100 ən nüfuzlu qadını” reytinqində üçüncü yeri tutub. O, eyni zamanda ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutaraq, Amerika tarixində ən yüksək vəzifəli qadın olub.

Məhz Nensi Pelosi, ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı istintaqa başlayıb: ABŞ-ın xüsusi prokuroru Robert Müllerin istintaqından başlayaraq Nümayəndələr Palatasında Trampın impiçmenti ilə bağlı səsverməyə qədər.

Nensi Pelosi Donald Trampın qərarlarını kəskin tənqid etdikdən sonra geniş populyarlıq qazanıb.

Hazırda Pelosi Trampın impiçment məsələsini araşdırır.

Tereza Mey

 

Britaniyanın Baş naziri Tereza Mey tez-tez Marqaret Tetçerlə müqayisə olunur, çünki o, dünyanın ən nüfuzlu adamları siyahısında 14-cü yeri tutub, 2018-ci ildə Tereza Mey “Forbes” jurnalına görə “Dünyanın 100 ən nüfuzlu qadını” siyahısında ikinci yeri tutub.

Tereza Mey Britaniyanın Avropa Birliyindən çıxmağının əleyhinədir.

Britaniyanın Baş naziri “Brexit”lə bağlı İngiltərə Parlamentindəki müxtəlif fikirləri barışdırmaq üçün cəhdlər edib, lakin onun bütün səyləri nəticəsiz qalıb. Bu uğursuzluqdan sonra Tereza Mey istefa vermək məcburiyyətində qalıb.

Casinda Ardern

 

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisələrə humanist münasibətinə görə Forbes jurnalının siyahısında “Dünyanın ən yaxşı 100 nüfuzlu qadını” adı ilə 38-ci yeri tutub. 

Dünyanın ən gənc Baş naziri Yeni Zelandiyada müsəlmanlara qarşı törədilən terrora reaksiyası ilə ictimaiyyətin diqqətini çəkib. Casinda Ardern ABŞ və Avropa müsəlmanlarını güllələyən kəsləri ruhi xəstə adlandırmayıb. O, həmin dəhşətli hadisəni terror aktı kimi qiymətləndirib və bunu ölkənin “ən qara günlərindən biri” adlandırıb.

İlhan Ömər

 

İlhan Ömər ABŞ Konqresinə seçilən iki müsəlman qadından biri olub.

2019-cu ilin iyul ayında ABŞ Prezidenti Donald Tramp İlhan Ömər də daxil olmaqla dörd zənci konqresmeni tənqid edərək onlardan ölkələrinə qayıtmağı  istəyib. Xatırladaq ki, İlhan Ömər 12 yaşında Somalidən qaçqın kimi ABŞ-a gəlmişdi. Bu sözlərə görə konqres üzvü ABŞ liderini “irqçi” və “faşist” adlandırıb.

İlhan Ömər tez-tez İslam və terrorizmlə bağlı sualları cavablandırır.