Moskvada vəsiqəli buraxılış rejimi tətbiq olunacaq

Moskvada aprelin 13-dən 19-dək koronovirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq ediləcək.

 Moskva meri Sergey Sobyanin şəhərdə xüsusi rejim elan edib. Onun sözlərinə görə, gələn həftədən mütəmadi olaraq vəsiqəli buraxılış rejimi tətbiq olunacaq. Şəhərin hakimiyyət orqanları buraxılış üçün icazəyə görə verilən məlumatların düzgün olub-olmamasını yoxlamaq hüququnu özündə saxlayır.

Bundan əlavə, Rusiya paytaxtında tibb, qida, fərdi qorunma vasitələri istehsalı müəssisələri, hakimiyyət orqanları, hüquq mühafizə orqanları, banklar, rabitə müəssisələri, nəqliyyat, mühüm müdafiə, kosmik, atom sənayesi müəssisələri və KİV-lərdən başqa bütün müəssisə və təşkilatların işi dayandırılır.