QIZILIN MÖCÜZƏLİ ALƏMİ

Yüzil Şirinov, Mineral Xammal ETİ-nin şöbə müdiri, g.m.e. üzrə fəlsəfə doktoru

Nəriman Qurbanov, Mineral Xammal ETİ-nin direktor müavini, g.m.e. üzrə fəlsəfə doktoru

 

Əziz oxucu,sizə qədim zamanlardan başlayaraq bu günə kimi qızılın qəribə və möcüzəli aləminə səyahət etməyi təklif edirik.

Elmi populyar formada qızılın başlıca xüsusiyyətləri, onun təbiətdə aşkar edilməsi və ya- yılması, köklü və səpinti yataqların əmələgəlmə şəraitləri haqqında qısa məlumat verilmişdir. Bu sarı metalın müxtəlif qitələrdə qədim zamanlardan hasili üzrə tarixi məlumatlar açıqlanmışdır.

Elmi-populyar formada sənayenin müxtəlif sahələrində qızılın istifadə edilmə imkanları təhlil edilmişdir. Yaxın gələcəkdə qızılın hasilatı ilə məşğul olan aparıcı dünya ölkələrinin ehtiyatları hesabına bəşəriyyət qızıl resurslarından korluq çəkməyəcəkdir. Respublikamızda qızılın resursları optimistik görünür. Onun ehtiyatları böyükdür, potensial resursları daha yüksəkdir.

Respublikamızın ərazilərində məskunlaşmış insanlar qədim zamanlardan mineral sərvətlərdən istifadə etmişlər. Əvvəlcə bu çaxmaq daşı, kvars, yəşəm, sonradan isə metal olmuşdur. Artıq 5-7 min il əvvəl insan yer təkini istismar etməyə başlamışdır. İlk hasil olunan faydalı qazıntılar daş duz, qızıl, gümüş, mis, qurğuşun, dəmir olmuşdur.

Özünün nadir xüsusiyyətlərinə görə qızıl qədim zamanlardan zinət əşyası, sonralar isə əmtəə məhsulunun dəyər ölçüsü kimi istifadə olunmuşdur. Alimlərin fikrinə görə son üç min ildə insanlar yüz min tona yaxın qızıl hasil etmişdir. Bu sərvətin bir hissəsi həmişəlik itirilmiş, bir qismi muzeylərdə, çox hissəsi isə bu gün dövlət xəzinələrində, dünyanın iri banklarının seyflərində, xüsusi sahibkarlarda saxlanılır. Əsrlər boyu bu sarı metal özünün dəyərini itirməmişdir, o, halhazırda dövlətçiliyin ölçüsü kimi qalır, ona daha çox malik olanlar əvvəlki kimi dövlətləri və insanları idarə edirlər.

Varlığın və hökmün rəmzi olan qızıl bəşəriyyət tarixində insanlar, xalqlar və dövlətlər arasında müxtəlif qarşıdurmalara, kiçik və böyük müharibələrə səbəb olmuşdur.

Qızılın qızğın axtarışları bir tərəfdən yeni coğrafi kəşflərə, yeni torpaqlarda insanların məskunlaşmasına, yeni sənaye rayonlarının inkişafına, digər tərəfdən isə müharibələrə, bütöv xalqların müstəmləkəliyinə və talan edilməsinə, məhvedici və çirkin cinayətlərə gətirib çıxarmışdır.

Orta əsrlərdən başlayaraq əksər dövlətlərdə əsasını qızıl təşkil edən pul sistemi yaranmışdır. Lakin son dövrlərdə beynəlxalq ödəmə vəsaiti kimi istifadə olunmayan qızıl özünün əhəmiyyətliliyini itirməmişdir. Ona maraq hətta artmışdır, belə ki, kosmik, təbabət, elektronika və digər sənaye sahələrində tətbiqi genişlənmişdir. Ona görə də dünya bazarında qızılın qiyməti yüksək olaraq qalır.

Qızıl nəcib metallar qrupuna aiddir, yer qabığında orta miqdarı (klarkı) 4,3-10-7 % -dir. Təmiz qızılın xüsusi çəkisi 19,32 q/sm3-dir. Bu o deməkdir ki, 46 mm ölçüsü olan qızıl kürənin kütləsi 1 kq-a bərabərdir. Lakin, təbiətdə kimyəvi təmiz qızıla rast gəlinmədiyindən, onun xüsusi çəkisi qarışıqlardan asılı olaraq 12,4-dən 18-19 q/sm3-ə qədər dəyişə bilər. Belə ki, qızılın tərkibində 26% gümüş saxlandıqda, onun xüsusi çəkisi 12,67, 10% gümüş olduqda isə 14,63 q/sm3 təşkil edir. Ərimə tempraturu 10630-dir. Hətta ən yüksək tempraturda qızıl oksigenlə, hidrogenlə, azotla və karbonla birləşmir. Bununla belə, o, bir sıra kimyəvi birləşmə əmələ gətirməyə qadirdir. Məsələn, ona xlor, brom, yod, çar arağı, selen turşusu, sian duzları, qələvi metalların hidrosul- fidləri təsir göstərir.

Qızıl “çar arağında” (1:3 nisbətində azot və xlorid turşuların qarışığı), həmçinin zəif sian  məhlullarında həll olunur. Qızılın həllediciləri bəzi üzvi maddələr ola bilərlər.

O, bir sıra metallarlaplatin, palladium, gümüş, mis, bismut, xrom, kobalt, indium, qalay, alüminium, sink, kadmium, sirkonium ilə ərintilər, civə ilə amalqam (Au2 Hg3) əmələ gətirir.

Demək olar ki, qızıl bizi hər yerdə əhatə edir, kiçik konsentrasiyada torpaqda, müxtəlif süxurlarda, neftdə və onun məhsullarında, qrunt sularında, bitkilərdə, dəniz və okean sularında, heyvanların orqanizmində saxlanılır.

Qızıl olduqca yumşaq metaldır, ona görə də asan işlənilir. Təmiz qızıl dırnaqla cızılır, bunun nəticəsində zinət əşyalarında özünün parıltısını və cazibədarlığını itirir. Bu səbəbdən zərgərlik məmulatlarının hazırlanmasında möhkəmlik üçün qızıla adətən mis, gümüş və ya palladium əlavə edilir.

Qızıl olduqca asanlıqla sürtülərək incə toz şəklinə düşür. Döyülmə və uzanma qabiliyyətinə görə o, işlənilməsi üçün böyük imkanlara malikdir. Qızılı qalınlığı 1 mikron (0,001mm) olan lövhəyə qədər döymək, 1q qızılı uzunluğu 300 m-dən artıq məftilə çevirmək və 1 kq qızıl folqası ilə 530 m2 sahənin səthini örtmək mümkündür.

Qızıl yaxşı istilik və elektrik keçiriciliyinə malikdir, lakin bu keyfiyyətliyinə görə gümüşdən geri qalır. O, ərimə tempraturunun artması ilə yüksək uçuculuğa malikdir.

Təmiz halda qızılın rəngi samanı-sarıdır və metallik parıltıya malikdir, qarışıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda onun rəngi açıq-sarı, mis olduqda yaşımtılsarı, bismut olduqda isə qırmızımtıl olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun miqdarı 25% olduqda ona “ağ qızıl” deyirlər.

Qızıl korroziyaya dözümlüdür, ona görə də keçmişdə hasil olunan qızıl bu günə kimi istifadə olunur. Daima istifadədə olan, sahibini və təyinatını dəyişən qızıl əsrlərdən keçərək özünün ilkin görünüşünü saxlayır.

Əksər yataqlarda qızılın sənaye tutumunun aşağı olmasına (hər tonda 3-5 q) baxmayaraq, bir ton filizdə və ya qumlarda 60-80, bəzən 100 q-a çatan yataqlar məlumdur.

Qızıl filizi yataqları dərinlik mənşəli hidrotermal məhlullardan mineral maddənin dəfələrlə təkrar olunan və uzun müddət ərzində çökməsi zamanı yaranmışlar. Filiz kütlələrinin morfoloji xüsusiyyətlərinə, onların yatımına və daxili  quruluşuna görə köklü yataqlar ştokverk, minerallaşma və damarlı zonalar, damarlar, damarcıq-möhtəvi və s. əsas sənaye tiplərinə ayrılırlar.  Qızıl hissəcikləri ölçülərinə görə iri (0,07 mm- kar ediblər. Şərqi səhrada həmçinin qızıldaşıyan  dən artıq), xırda (0,001 mm-dən 0,07 mm-ə qə kvars damarlarını istismar edən qədim mədənlə- dər) və incə dispers (0,001mm-dən kiçik) kimi rin qalıqlarına rast gəlinir. Qədim misirlilər qum- təsnif olunurlar. O, adətən kvarsda və sulfidlərların yuyulmasını Nil çayında həyata keçirirdilər.  də (piritdə, xalkopiritdə, sfaleritdə, qalenitdə və Bunun üçün qızıllı qumlar 100-160 km məsafəyə b. minerallarda) yerləşir, bəzən külçə şəklində yük heyvanları vasitəsilə daşınırdı. Bzim eradan təxminən 3000 il əvvəl Misirdə Səpintilər köklü qızıl yataqlarının aşınması və hasil edilən bütün qızıl, həmçinin mədənlər fi- dənəvər qızılın çökməsi nəticəsində yaranırlar. ronların şəxsi mülkiyyəti olmuşdur, onlar həmçi- Səpinti yataqları yer səthinə yaxınlıqda yerləşir- nin mədənlərə, tərkibinə külli miqdarda insanlar lər, ona görə də onların istismarı ucuz başa gəlir. cəlb olunmuş ekspedisiyalar təşkil edirdilər. Bu- Vaxtilə bu yataqlar dünya qızıl hasilatında bununla da Misir fironları xəzinələrində çox böyük cı rol oynayırdılar.  miqdarda qızıl toplamışdılar, onların sərvətlə- Qızılın istifadəsi çox qədim vaxtlardan məlum barədə qədim dünyada əfsanələr söylənilirdi.  dur və bəşəriyyətin inkişafında yeni eranın baş- Fironların qəbirlərində çoxlu qızıl əşyaların toplanmasına təkan vermişdir. Ən qədim məqbərəlanması buna əyani sübutdur. Əfsuslar olsun ki, lərdə və kurqanlarda tapılmış qızıl əşyaları insanın qızılla yaxından tanışlığına sübutdur. Bəlkə də qızıl öz cəlbedici görüşü ilə ibtidai insanı valeh edən ilk metal olmuşdur. Neolit dövründə (VIII- III minilliklər) qədim qızılın istifadəsi Misir, Mesopotamiya, Pakistan, Hindistan ərazilərində aşkar edilmişdir; burada qollarında və ayaqlarında qızıl qolbaqlar və bilərziklər olan skeletlər tapıl- mışdır. Bu səbəbdən, tam əsasla hesab etmək olar ki, insan qızılla altı min ildən artıq müddətdə yaxından tanış idi.

Bütün dövlətlərdə qızılın tarixi əvvəlcə yığınların tapılmasından və işlənməsindən, sonra isə köklü yataqlardan başlanmışdır.

Qədim Misir tarixi dövrü qızıl istehsalında mühüm yer tutur. Misir dünyada qədim mədəniyyətin vətəni sayılır. Bizim eradan əvvəl IV-V əsrdə Firon sülalələrinin hökmranlığı dövründə, Misir yüksək inkişaf etmiş ictimai cəmiyyətə malik dövlət olmuşdur. Orada kənd təsərrüfatı, sənətkarlıq və incəsənət çiçəklənmə dövrünü keçirmişdir. Lakin, Misir ən çox möhtəşəm mü- həndis işləri və nəhəng qurğuları ilə şöhrət tapmışdı; onların çoxunun xarabalıqları hətta müasir insanları təəccübləndirir.

Qədim Yunanıstan tarixi dövrü özünə xas mədəniyyətə malikdir. O, bizim eradan üç min  il əvvəl Egey dənizinin sahillərində və adaların- da yaranmışdır. Onun birinci inkişaf dövrü egey, sonrakı isə gecantik adlanır.

Egey dövründə qızıl dalınca digər ölkələrə hər- bi yürüşləri onlarda aparılan arxeoloji tapıntılarla təsdiq edilir. Məsələn, Kolxida sahillərinə qızıl qoyun dərisi (runo) dalınca yollanan Yasonun eks- pedisiyasını yada salaq. Sonralar qədim yunanlar üçün qızıl mənbələri müasir Bolqarıstan ərazisində yerləşən Frakiyanın mədənləri olmuşdur. Burada həmçinin qızıl səpintiləri istismar edilirdi. Bizim eradan VIII-VII əsr əvvəl, Heradota,Strabona, Aqatarxidə və Diodora istinadən, qızılın tapıntısı Ərəbistanda, Qırmızı dənizin sahi- lində yerləşən dövlətlərdə aşkar edilmişdi. Ma- hiyyətcə bu qədim Misiri qızılla təmin edən əsas ərazidir. İstilaedici müharibələrlə külli miqdarda qızıl əldə edilirdi. Özünün ordusu ilə Hindistana ayaq basan Makedoniyalı İskəndərin xəzinəsində ol- duqca çoxlu miqdarda qızıl yığılırdı. Qızıl bir istilaçıdan digərinə keçirdi. Nəticədə Misir fironlarının topladığı qızıllar Romaya qismət olmuşdur. Qədim Roma tarixi dövrü mürəkkəb qarşı-durmalarla səciyyələnir. Roma, sözsüz ki, öz dövrünün daha qüdrətli, özü də olduqca təcavüzkar və bir çox məmləkətləri zəbt edən dövlət idi. O, daima öz torpağını genişləndirməyə və sərvətini artırmağa can atırdı. Eramızdan əvvəl 10-30-cu illər dövründə Aralıq dənizi və Balkam yarımadası ərazilərinin çox hissəsi, həmçinin Yunan ıstan və Misir Romanın əyalətlərinə çevrilmi olmuşdi. Yeni eranın başlanğıcında o zaman məlum olan qızıl mədənləri ərazilərin sərvəti ilə Romanın əlinə keçmişdi. Qızılın geniş mənimsənilməsi o zaman Piriney yarımadasında, müasir İspaniya v ə  Portuqaliya ərazilərində aparılırdı. Qızıl hasilalatı müəssisələrində on minlərlə qul çalışırdı. Məlumata görə, Yuli Sezarın vaxtlarında Roma imperiyasının sərvəti 25 min qızıl külçələrindən və 40 mln. sikkədən (hər birinin çəkisi 27q), orta hesabla 1,2-1,5 min ton qızıl təşkil edirdi. 
Qeyd etmək olar ki, qızılın hasilatı ilə bağlı qədim tarix əslində iki mərhələdən ibarətdir: Misir və   Roma mərhələlərindən. Misir mərhələsi Roma mərhələsi isə Avropadakı qızıl yataqlarının bazalarına əsaslanmışdır.
Məşhur alim arxeoloq və tarixçi-şərqşünas B.Piotrovski xatırladır ki, “skiflər” adı altında müasir dövrdə  özünün  yaranması,  ümumi  iqtisadi və
mədəni mühiti ilə çoxsaylı sülalələr başa düşü- lür. Skiflər Qara dənizyanı ərazidən başlayaraq Don, Volqa, Uralyanı düzənliklərdən və Dağlıq Altaydan keçərək Məşhur Çin divarına kimi, 40- cı və 50-ci paralellər arasında, geniş bir ərazidə məskunlaşmışlar. Bu zolağın uzunluğu 7000 km təşkil edir.

Skif dövründə bu ərazidə dəmirdən düzəldilmiş qısa qılınclar-akinaklar, oxların üçüzlü ucluqları və bəzək əşyaları müşahidə edilir.

Müxtəlif əsrlərin çoxsaylı kurqanları arasında dünya miqyasında tanınmış, ölçülərinə görə nəhəng skif kurqanları Çertomlik, Soloxo, Oğuz, Kozel, Böyük Sımlalka, Qul-Oba, Qayman qəbri və s. məlumdur. Onlar Ukrayna Respublikasının indiki Dnepropetrovsk, Zaporojye, Xerson vila- yətlərində və Kerçə yaxın ərazidə, Tuvanın Arjan yeri ətrafında və Altayda yerləşirlər. Bu kurqan- ların qazılıb açılması zamanı skif ustalarının yük sək peşəkarlığını sübut edən çoxsaylı qızıl əşya- ları (çox vaxt heyvanların təsvirində) tapılmışdır (şək. 1.6-1.12). Bu tapıntılar hal-hazırda bir çox muzeylərdə saxlanılır.

Orta əsrlərdə Roma imperiyasının süqutundan sonra nəinki qızılın hasilatında, eləcə də dağ işlərinin bütün sahələrində durğunluq başlamış və 500 yüz il ərzində (V-IX əsrlərdə) davam etmişdir.

Yeni feodal dövlətlərin yaranma prosesində, peşələrin, ticarətin və pul tədavülünün inkişaf etməsi qızıla olan tələbatı artırdı.

Avropada qızıl hasilatı sənayesi X-XI əsrlərdə Sileziyadan sonra o biri rayonlarda inkişaf etdi. Tədricən qızılın hasilatı, ilk növbədə səpintilər- dən, Karpatda, Moldaviyada, Çexiya və Sloveni- yada aparılırdı. Məhz Avropada, ilk növbədə alman mühəndislərin əməyi nəticəsində dağ-mə-dən texnikası yaranmağa başladı.

Afrikada orta əsrlərdə qızılın hasilatı Zimbabve və Həbəşistanda aparılırdı.

Yeni tarixi dövr qızılın tarixində Amerikanın kəşfi və yeni materikin əhalisinin amansızcasına qarətindən başladı. Kolumbun izi ilə Amerikaya varlanmaq üçün adam axını artdı və nəticədə Amerika müstəmləkəyə çevrildi.

Qızılın yeni tarixini 4 mərhələyə bölmək mümkündür. Birinci mərhələdə (XVI-XVIII əsrlər) əsasən yeni materikin-Amerikanın qarəti baş verdi. Mərhələnin sonunda qızıl yataqlarının istismarına başlandı.

200 ildən artıq İspaniya təkbaşına yeni qitənin bütün sərvətlərinə sahiblik edirdi. Amerikanın oborigen tayfaları (inklər, asteklər, mayalar), özlərinin inkişafında çox geri qalmaları səbəbindən hərbi işğalçılara qarşı aciz idilər. 1527-ci ildə başlanan istila yalnız 1697-ci ildə qurtarmışdır. Bu dövr ərzində Amerika ərazisində mövcud olan bütün dövlətlər məhv edilmiş, şəhərlərin əhalisi pərən-pərən olmuşdu. İşğalçılar tərəfindən əldə edilmiş var-dövlətin miqdarı olduqca çox idi. Qarət edilmiş qızıl və digər qiymətli əşyalar Amerika və Avropa arasında daima hərəkət edən gəmilərlə İspaniyaya daşı- nırdı. İspan “qızıl” gəmiləri (qalionlar) ətrafında döyüşlər səngimirdi. İspan qızılı dalınca ova çıxan çoxsaylı dəniz quldurları (piratlar) peyda olmuşdu. Ona görə qarət olunmuş qızılın bir qismi İspaniyaya çatmamış və bu günə kimi dənizlərin dibində yatmaqdadır.

İkinci mərhələdə (XVIII əsrin sonu-XIX əsrin əvvəli) yeni qitədə qızılın hasilatı ilə bərabər, onun Rusiyada da xeyli artımı baş verir. XIX əs- rin əvvəllərində Uralda (1816-cı il), Zabaykalyada (1830-cu il) və Uraldan Sibirin cənubu üzrə (Lena, Yenisey, Aldan, Bodaybo və b. çayların subasarlarında) dənizə qədər sahədə qızılın səpintiləri aşkar edildi.

Üçüncü mərhəldə (XIX əsrin ortaları) Uralda və Sibirdə səpinti qızıl yataqlarının istismarı hesabına Rusiyada xeyli sıçrayış baş vermişdi.

Bu mərhələdə, Kaliforniyada (1847-ci il) və Avstraliyada (1851-ci il) yeni yataqların kəşfi və istismara cəlb edilməsi qızılın tarixində nəzərə çarpan hadisə oldu.

Eyni zamanda Braziliya, Venesuela, Çili, Şimali Amerika, Hindistan, Çin və b. dövlətlərdə qızıl yataqlarının işlənilməsi və qızıl hasilatı xeyli artdı. XIX əsrin sonundan bu günə kimi (Dördüncü mərhələ) dünya qızıl hasilatında başlıca rol Cənubi Afrikaya keçdi. Burada,1887-ci ildə olduqca zəngin Vitvatersrand qızıl yataqları kəşf edilib istismara verildi. Bu yataqlardan ildə yüzlərlə ton qızıl çıxarılır.

Yekunda qeyd etmək lazımdır ki, qızıl həmişə dəyərləndirildi, ona görə də dövlətli adamların məqbərələrində mütləq qızıl əşyaları tapılırdı. Əldə olunan məlumatlara görə Neolit dövrün- də (eramızdan 6000-5000 il əvvəl) qızıl əşyaları qədim Şərqdə, Misirdən başlayaraq Hindistanın şimal-qərbinə qədər yayılmışdır. Əslinə baxanda insanın rast gəldiyi ilk metal qızıl olmuşdur.

Mənbə: Yer və İnsan jurnalı. Nömrə 1 (1) 2013