Rusiya Dövlət Duması prezident seçkiləri haqqında Qanuna düzəlişlər layihəsini qəbul edib
Rusiya Dövlət Duması “Rusiya Federasiyası prezidentinin seçkiləri haqqında” Qanuna düzəlişlərə dair qanun layihəsini qəbul edib.
Qanun layihəsi hazırkı Prezident Vadimir Putinə növbəti iki müddətə dövlət başçısı seçilmək hüququ verir.
Qanun layihəsinə əsasən, Rusiya prezidenti yaşı 35-dən çox olan, Rusiyada azı 25 il daim yaşamış, həm hazırda, həm də əvvəllər xarici vətəndaşlığı olmayan şəxslər seçilə bilərlərlər. Rusiya Konstitusiyasında təsbit edilmiş “eyni şəxsin yalnız iki müddətə prezident seçilməsi ilə bağlı məhdudiyyət” düzəlişlər qəbul edildikdən sonra yenidən hesablanacaq. Başqa sözlə, hazırkı Prezident Vladimir Putin daha iki müddətə Rusiya prezidenti seçilmək imkanı əldə edəcək.