Vaşinqtonda komendant saatı tətbiq edildi

Vaşinqton şəhərinin hakimiyyəti şəhərin mərkəzində etiraz və iğtişaşlar fonunda komendant saatı tətbiq edib.

Bu barədə ABŞ paytaxtın meri Müriel Mouzer bildirib.

M.Mouzer qeyd edib ki, komendant saatı Kolumbiya dairəsində yanvarın 6-sı saat 18:00-dan yanvarın 7-si saat 06:00-dək tətbiq olunacaq.

 
Paytaxt meri əlavə edib ki, küçələrdə yalnız xüsusi icazə alanlar və fövqəladə hallar işçilərinə olmağa icazə verilir.//Trend