Daş dövrünə aid bir neçə nadir tapıntı aşkarlanıb
Özbəkistan arxeoloqları Çatkal və Kurama sıra dağlarının ətəklərində Daş dövrünə aid bir neçə nadir tapıntı aşkar ediblər.
Anqren oazisinin Yangiabad və Karabax çaylarının yuxarı axarında Daş dövrünə aid 2 emalatxana, 2 yaşayış məskəni, qəbirlər kompleksi və qayaüstü rəsmlər tapılıb.
Daş dövrü emalatxanalarındakı tapıntılar göstərir ki, bu abidələrin xronologiyası orta və son paleolit arasındakı dövrə aiddir.
Yaşayış məskənlərindən və emalatxanalardan aşkarlanmış əşyalar arasında Özbəkistanda Paleolit dövrünə aid indiyədək rast gəlinməyən daş həmayıl var ki, bu da təkcə Özbəkistan üçün yox, bütün dünya üçün böyük maraq kəsb edir.
Qayaüstü rəsmlər və kurqanlar bu ərazilərdə müxtəlif tarixi dövrlərdə insanların sıx yaşadıqlarını göstərir. (AZƏRTAC)