Türkiyə Ali Məşvərət Şurasının növbəti toplantısı keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Ali Məşvərət Şurasının növbəti toplantısı keçirilib.
Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsi xəbər verir ki, toplantı qərb ölkələrində əcnəbilərə və İslama qarşı düşmənçilik mövzusuna həsr olunub.
Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun yazılı məlumatda bildirib ki, şura üzvləri İslam dünyasında daxili çəkişmələrdən qurtularaq birlik və bərabərliyin gücləndirilməsi, eləcə də dinin özündən qaynaqlanmayan, arxasında qaranlıq qüvvələr olan fəaliyyətlərlə mübarizənin yollarına dair fikir mübadiləsi aparıblar.