Türkiyədə növbəti 56 saatlıq “Evdə qal!” rejimi başlayıb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq “Evdə qal!” rejimi başlayıb.
Yanvarın 29-da Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən bu rejim fevralın 1-də saat 5:00-dək davam edəcək.