Türkiyədə bəzi yaşayış əraziləri karantinə alınıb
Türkiyənin Balıkesir vilayətində COVID-19-a yoluxma hallarının artması səbəbindən bəzi bölgələr karantinə alınıb.
Bu barədə Balıkesir valiliyindən açıqlama verilib.
Bildirilib ki, şəhərin Erdek rayonunun bir, Bigadiç rayonunun isə iki yaşayış ərazisi karantinə alınıb. Bir neçə gün əvvəl şəhərin Havran rayonunun da bir məhəlləsində karantinin tətbiqinə başlanılıb.
On gün davam edəcək karantin müddəti ərzində bu ərazilərə giriş və çıxış qadağan olunub.