Gürcüstanın baş naziri istefa verdi
Gürcüstanın baş naziri Georgi Qaxariya istefa verdiyini açıqlayıb.
İstefa qərarı hökumətdə mövcud fikir ayrılıqları ilə əlaqədar verilib.
Baş nazir öz açıqlamasında istefasını müxalif “Vahid milli hərəkat” partiyasının sədri Nika Meliyanın həbs qərarı ilə əlaqədar yaranan fikir ayrılıqları ilə əlaqələndirib.
Qeyd edək ki, N.Meliya ötən gün Tbilisi şəhər məhkəməsinin qərarı ilə 2019-cu il iyun ayında etiraz aksiyaları ilə əlaqədar təqsirli bilinərək qiyabi həbs olunub. Siyasətçi məhkəmənin qərarına tabe olmaqdan imtina edib. Qərara etiraz olaraq partiya tərəfdarları aksiya keçirib.