NASA-nın aparatı Marsa eniş edib
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinə (NASA) məxsus "Perseverance" aparatı Marsa eniş edib.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Məlumata əsasən, Marsdan artıq iki foto alınıb: "Biz "Perseverance" aparatının Mars səthində fəaliyyət göstərməsi barədə məlumat aldıq. Artıq Mars səthindən iki foto almışıq".
Aparatın Qırmızı planetə enməsi NASA-nın saytında da canlı olaraq yayımlanıb.
Qeyd edək ki, bu, Marsa enən NASA-nın beşinci kosmik aparatıdır.