FTB Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb.
Bu barədə məlumatı "Forbes" yayıb.
Nəşrin məlumatına görə, ekstemirstin İŞİD-lə əlaqəsi olduğu ehtimal edilir.
Büro yaraqlının WhatsApp hesabını izləməsi sayəsində onun planlarını üzə çıxarıb. Şübhəli şəxs qətlin təşkilinə xarici ölkələrdə yaşayan 4 İraq vətəndaşını cəlb etməyi planlaşdırdığını etiraf edib.
Bundan əlavə, onun Texas ştatına Buşun evini videoya çəkmək üçün gəldiyi məlum olub. Şübhəli şəxsin adı açıqlanmır.
O, öz hərəkətini onunla izah edib ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra minlərlə iraqlının ölümünə görə Buş məsuliyyət daşıyır.//Trend