Aİ ölkələri Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması barədə razılığa gəliblər - Şarl Mişel

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması barədə razılığa gəliblər.

Bu barədə Aİ-nin Ukrayna üzrə planlandan kənar sammitinin keçirildiyi Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

"Rusiya neftinin Aİ-yə ixracını qadağan edən razılaşma əldə olunub. Bu, Rusiyanın neft idxalının üçdə ikisindən çoxunu əhatə edir və onun müharibə maşını üçün böyük maliyyə mənbəyini kəsir. Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq", - deyə Ş.Mişel öz "Twitter" səhifəsində yazıb.

 S.Mişel onu da bildirib ki, Avropa İttifaqının dövlət və hökumət başçıları Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər, paketə, xüsusilə "Sberbank"ın SWIFT beynəlxalq maliyyə mesajlaşma sistemindən ayrılması və daha üç Rusiya dövlətinin KİV-nin Aİ-də yayımına qadağa qoyulması daxildir.//Trend