Lavrov bu gün Türkiyəyə gedir

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 7-8 iyun tarixlərində Türkiyədə işgüzar səfərdə olacaq.

Yerveinsan.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.