Lavrov: İstanbulda Ukrayna ilə görüşə hazırıq
Türkiyənin paytaxtı Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu birgə mətbuat konfransı keçiriblər.
Diplomatlar qeyd ediblər ki, təkbətək danışıqlarda Ukraynadakı son vəziyyət və regional məsələlər müzakirə edilib.
Rusiyanın XİN başçısı Sergey Lavrov Türkiyənin Ukrayna taxılının ixracı ilə bağlı problemin aradan qaldırılması istiqamətindəki səylərini yüksək qiymətləndirib.
S.Lavrov bəyan edib ki, Rusiya BMT-nin vasitəçiliyi ilə İstanbulda Ukrayna tərəfi ilə görüşə hazırdır, lakin bu görüş daha çox simvolik xarakter daşıyacaq.
"Vladimir Putin və Volodimir Zelenski arasında görüşün baş tutması üçün ilk növbədə danışıqlar prosesinin bərpası lazımdır”, - deyə rusiyalı diplomat vurğulayıb.//xezerxeber.az