Çin dünyanın ilk pilotsuz gəmisini suya buraxıb

Çin onlarla hava, dəniz və sualtı dronları daşıya bilən "Zhu Hai Yun" pilotsuz gəminin dəniz sınaqlarına başlayıb.

Bu barədə "Вusiness Insider" nəşri yazır.

Bildirilir ki, Zhu Hai Yun "smart" pilotsuz sistemə malik dünyanın ilk baza-gəmisidir. Pekin onu rəsmi olaraq dəniz tədqiqatı vasitəsi adlandırıb, lakin bəzi ekspertlər gəminin hərbi məqsədlər üçün istifadə oluna biləcəyini deyirlər.

Pilotsuz gəminin Çin ordusu tərəfindən bir neçə ölkənin ərazi iddiaları irəli sürdüyü mübahisəli Cənubi Çin dənizində kəşfiyyat məlumatlarının toplanması üçün istifadə oluna biləcəyi vurğulanır.

Gəminin ilk təqdimatı may ayında baş tutmuşdur və dəniz sınaqları başa çatdıqdan sonra 2022-ci ilin sonuna qədər Çin Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi gözlənilir.//Trend