Kim Çen In ABŞ-ı TƏHDİD ETDİ: "gücə-güc”, “başa-baş”...

Şimali Koreya lideri Kim Çen In yeni çıxışında Qərbi, xüsusilə ABŞ-ı sərt ifadələrlə təhdid edib.

yerveinsan.az Musavat.com-a istinadla xəbər verir ki, uzun müddətdir Pxenyanın ABŞ-la nüvə danışıqları qrupunun əsas üzvü olan Ço Sonq Hui xarici işlər naziri təyin edilib. Bu təyinat Şimali Koreyanın yeddinci nüvə sınağını keçirməyə hazırlaşdığı və bunun baş verəcəyi təqdirdə ABŞ-ın yenidən BMT sanksiyalarına əl atacağını bildirməsi ilə bağlı son xəbərdarlığından sonra baş verib.

Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin plenar iclasında çıxış edən KXDR rəhbəri “ölkənin suverenliyinə yönəlik təhdidlərə qarşı mübarizədə “gücə-güc” prinsipini tətbiq edəcəyinə söz verib.

Maraqlıdır ki, Kim Çen In çıxışında nə yeni nüvə sınağından, nə də ölkəsinin hərbi qüdrətini gücləndirəcəyi ilə bağlı planlarından danışıb.

Lakin onun rəqiblərinə yönəlik bu sözləri diqqət çəkib: “Özünümüdafiə hüququ suverenliyin qorunması məsələsidir ki, bu da partiyanın “gücə-güc” və “başa-baş” döyüş prinsipinin dəyişməz olacağını təsdiqləyir”.